Pruart CreamProducts

Pruart Cream

TƏRKİBİ: %
Metil salisilat - 0,06
Bosveliya serrata ekstraktı - 0,1
Evkaliptol - 0,5
Mentol - 0,5
Kamfora - 0,2
Qlükozamin hidroxlorid - 0,05
Metilsulfonilmetan (MSM) - 0,05
Kəklikotu yağı - 0,0351
Zeytun yağı - 0,5
Barmaq sitron meyvəsinin ekstraktı - 0,02482551
Şam ağacı yarpağı yağı - 0,0191625

Tibbi vasitə - krem

Köməkçi maddələr: Su, kapril triqliserid, propilen qlikol, natrium poliakrilat, benzil spirti, karbomer, fenoksietanol, kalium sorbat, limonen, sitral, linalool.

XÜSUSİYYƏTLƏRİ:
Qlükozamin hidroxlorid - birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir. Qlükozamin hidroxlorid yüksək biomənimsənilməyə malikdir. Dəri səthinə sürtüldükdə  yaxşı sorulma qabiliyyətinə malik  olduğundan  sorulduqdan  sonra qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır. Qlükozamin hidroxlorid orqanizm üçün təhlükəsizdir və müxtəlif tədqiqatlara əsasən revmatik xəstəliklərin korreksiyasında uzunmüddətli istifadə oluna bilər. 
Metilsufonilmetan (MSM) - orqanizmdə birləşdirici və digər toxumaların formalaşmasında və funksiyalarının normallaşmasında əvəzolunmaz rola malik, tərkibində kükürd saxlayan üzvi birləşmədir. MSM orqanizmdə əsasən qığırdaq, dırnaq, dəri və yumşaq toxumalarda çoxluq təşkil edir. Orqanizmdə yaş artdıqca MSM-in konsentrasiyası azalır. Digər kükürd saxlayan maddələrdən fərqli olaraq MSM heç bir qoxuya və qaz əmələgətirmə xüsusiyyətinə malik deyil və toxumaların hər hansı qoxu verməsi müşahidə olunmur. MSM kollagen sintezində, hüceyrələrdə oksidləşmə reaksiyalarında, karbohidrat mübadiləsində və turşu-qələvi balansının qorunmasında əvəzolunmaz rola malikdir. MSM əzələlərin və vətərlərin qan təchizatını və normal iş fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Oynaqların hərəkətliliyini artırır.
Bosveliya serrata ekstraktı - tərkibi yağlar və terpenoidlərdən ibarətdir. Bosveliya bitkisinin əsas təsiri terpenoidlərin tərkibində olan bosveliya turşusu ilə əlaqədardır. Bosveliya turşusu iltihab faktoru olan leykotrienlərin sintezini blokada edərək (QSİƏP kimi) iltihab əleyhinə təsir göstərərək ağrını və ödemi aradan qaldırır.

İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:

  • Osteoartroz (birincili və ikincili,  müxtəlif lokalizasiyalı - koksartroz, qonartroz)
  • Artrit. Revmatoid artrit. Poliartrit. Periartrit
  • Osteoxondroz, spondilyoz
  • Revmatik ağrılar
  • Burxulma və dartılmalar  
  • Nevralgiya, lyumbaqo, işias
  • Miozit, fibromialgiya
  • Əzələ, oynaq və oynaqətrafı yumşaq toxumaların travmaları
  • Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reabilitasiya zamanı

ƏKS GÖSTƏRİŞLƏRİ: Tərkibindəki hər hansı komponentə qarşı həssaslıq. 

ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda  allergik reaksiyalar.

İSTİFADƏ QAYDALARI VƏ DOZA: Gün ərzində 2-4 dəfə travma və ya xəstəlik müəyyən edilən nahiyələrə sürtülur.  

XÜSUSİ GÖSTƏRİŞLƏRİ: Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı allergik reaksiya olduqda həkimlə məsləhətləşmək lazımdır. 

BURAXILIŞ FORMASI: PRUART krem 100 ml həcmə malik tubda və içlik vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır. 

SAXLANMA ŞƏRAİTİ: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə,
15-28ºC temperaturda saxlanılmalıdır.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Şotlandiya.                                                         

İSTEHSALÇI: “GRICAR CHEMICAL S.R.L”, İtaliya.
Dərman vasitəsi deyil.