ProductsDuprilin Nazal
Tibbi vasitə - Sprey
TƏRKİBİ (15 ml-də):
Laktoferrin - 180 mq
Pantenol - 300 mq
Natrium hialuronat - 30 mq
Köməkçi maddələr: su, natrium xlorid, polisorbat-20, kalium dihidroortofosfat, kalium hidroortofosfat, kalium sorbat, dadlandırıcı, feniletil spirti.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
- Sinusitlər (haymorit, frontit, etmoidit) zamanı köməkçi vasitə kimi
- Kəskin respirator xəstəliklərin profilaktikasında köməkçi vasitə kimi
- Burunun selikli qişasında quruluq zamanı köməkçi vasitə kimi
- Burun boşluğunda aparılan əməliyyatlardan sonra köməkçi vasitə kimi
İSTİFADƏ QAYDALARI VƏ DOZASI:
Hər burun dəliyinə 1 və ya 2 püskürtmə, gündə 3 dəfə istifadə olunur.
2 yaşdan yuxarı uşaqlara: 1 püskürtmə, gündə 2 dəfə.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun komponentlərinə qarşı fərdi həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ:
Müəyyən edilməmişdir.
BURAXILIŞ FORMASI:
Burun spreyi
QABLAŞDIRMA FORMASI:
15 ml şüşə flakonda №1, karton qutu qablaşmada.
YARARLILIQ MÜDDƏTİ:
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
SAXLANMA ŞƏRAİTİ: 25ºС-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
APTEKDƏN BURAXILMA ŞƏRTİ:
Reseptsiz buraxılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
PRUDENS PHARMA LP, Şotlandiya.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
“GRICAR CHEMICAL S.R.L”, İtaliya.
İSTEHSALÇININ ÜNVANI:
Via san Giuseppe, 18/20-Brugherio (MB)
Dərman vasitəsi deyil.
