Duprilin OralProducts

Duprilin Oral

Tibbi vasitə - Sprey

TƏRKİBİ: (1 ml-də (8 sprey))
Propolis ekstraktı - 6 mq
Nanə cövhəri efir yağı - 0,8 mq
Evkalipt efir yağı - 0,6 mq
Dağ şamı efir yağı - 0,6 mq

Köməkçi maddələr: su, natrium benzoat, kalium sorbat, qliserol, Steviya bitkisinin steviol  qlikozidləri, limon turşusu

İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:

  • LOR orqanlarının iltihabi xəstəliklərində köməkçi vasitə kimi:
    • Faringit
    • Laringit
    • Тоnzillit (Angina)
  • Ağız boşluğunun iltihabi xəstəliklərində köməkçi vasitə kimi:
    • Gingivit
    • Qlossit
    • Stomatit
  • Cərrahi müdaxilələr və ya travmalar zamanı köməkçi vasitə kimi:
  • Stomatoloji prosedurlar zamanı köməkçi vasitə kimi:

İSTİFADƏ QAYDASI VƏ DOZASI: 
2 yaşdan yuxarı uşaqlar: 1-2 püskürtmə gündə 2-3 dəfə; böyüklər: 1-2 püskürtmə gündə 3-4 dəfə ağız boşluğuna və ya boğaz nahiyəsinə istifadə olunur. İstifadə qaydası həkim tərəfindən tənzimlənə bilər.

ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun komponentlərinə qarşı fərdi həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ:
Müəyyən edilməmişdir.

BURAXILIŞ FORMASI:
Oral sprey

QABLAŞDIRMA FORMASI: 
15 ml şüşə flakonda №1, karton qutu qablaşmada.

YARARLILIQ MÜDDƏTİ:
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

SAXLANMA ŞƏRAİTİ:
25ºС-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

APTEKDƏN BURAXILMA ŞƏRTİ:
Reseptsiz buraxılır.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
PRUDENS PHARMA LP, Şotlandiya.             
                 
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
“GRICAR CHEMICAL S.R.L”, İtaliya.

İSTEHSALÇININ ÜNVANI:
Via san Giuseppe, 18/20-Brugherio (MB)

Dərman vasitəsi deyil.