Duprilin NazalProducts

Duprilin Nazal

Tibbi vasitə - Sprey

TƏRKİBİ (15 ml-də):
Laktoferrin - 180 mq
Pantenol  - 300 mq
Natrium hialuronat - 30 mq

Köməkçi maddələr: su, natrium xlorid, polisorbat-20, kalium dihidroortofosfat, kalium hidroortofosfat, kalium sorbat, dadlandırıcı, feniletil spirti.

İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:

  • Sinusitlər (haymorit, frontit, etmoidit) zamanı köməkçi vasitə kimi
  • Kəskin respirator xəstəliklərin profilaktikasında köməkçi vasitə kimi
  • Burunun selikli qişasında quruluq zamanı köməkçi vasitə kimi
  • Burun boşluğunda aparılan əməliyyatlardan sonra köməkçi vasitə kimi

İSTİFADƏ QAYDALARI VƏ DOZASI:
Hər burun dəliyinə 1 və ya 2 püskürtmə, gündə 3 dəfə istifadə olunur.
2 yaşdan yuxarı uşaqlara: 1 püskürtmə, gündə 2 dəfə.

ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun komponentlərinə qarşı fərdi həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ:
Müəyyən edilməmişdir.

BURAXILIŞ FORMASI:
Burun spreyi

QABLAŞDIRMA FORMASI:
15 ml şüşə flakonda №1, karton qutu qablaşmada.

YARARLILIQ MÜDDƏTİ:
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

SAXLANMA ŞƏRAİTİ: 25ºС-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

APTEKDƏN BURAXILMA ŞƏRTİ:
Reseptsiz buraxılır.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
PRUDENS PHARMA LP, Şotlandiya.              
     
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
“GRICAR CHEMICAL S.R.L”, İtaliya.

İSTEHSALÇININ ÜNVANI:
Via san Giuseppe, 18/20-Brugherio (MB)

Dərman vasitəsi deyil.