AminodensProducts

Aminodens

TƏRKİBİ: 1 kapsulda
Lesitin tozu (Lecithin powder) (daxildir (including): (fosfatidilxolin (phosphatidylcholine) - 50 mq), fosfatidilinozitol (phosphatidylinositol) - 37,5 mq, fosfatidiletanolamin (phosphatidylethanolamin) - 30 mq)) - 250 mq
Vitamin B1 (tiamin hidroxlorid (as thiamin hydrochloride)) - 5 mq
Vitamin B2 (riboflavin (as riboflavin)) - 4 mq
Vitamin B6 (piridoksin hidroxlorid (as pyridoxine hydrochloride)) - 6 mq
Vitamin B12 (sianokobalamin (as cyanocobalamin)) - 6 mkq
Ginkqo (İkidilim ginkqo) yarpaqlarının quru ekstraktı (3% Ginkqoflavonoidlər) (Ginkgo (Ginkgo biloba L.) leaves dry extract (3% Ginkgoflavonoids) - 80 mq
Qlisin (L-Glycine) - 150  mq

KÖMƏKÇİ MADDƏLƏR: jelatin (gelatine), kalsium karbonat (örtük) (calcium carbonate (shell)), düyü unu (rice flour), silisium dioksid (silicon dioxide), maltodekstrin (maltodextrin), maqnezium stearat (magnesium stearate)

QABLAŞDIRMA FORMASI:
№30 (3x10) blisterdə, karton qutu qablaşdırmada. 

BURAXILIŞ FORMASI:
Kapsul.

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:

Tiamin (B1 vitamini) ürəyin normal fəaliyyətinə kömək edir.
Tiamin sinir sisteminin normal fəaliyyətinə kömək edir.
Tiamin normal psixoloji fəaliyyətə kömək edir.

Riboflavin sinir sisteminin normal fəaliyyətinə kömək edir.
Riboflavin (B2 vitamini) normal selikli qişanın müdafiəsinə kömək edir.
Riboflavin (B2 vitamini) normal görmə qabiliyyətinin müdafiəsinə kömək edir.
Riboflavin hüceyrələrin oksidləşdirici stresdən qorunmasına kömək edir.

B6 vitamini sinir sisteminin normal fəaliyyətinə kömək edir.
B6 vitamini normal psixoloji fəaliyyətə kömək edir.
B6 vitamini yorğunluq və əzginliyin azalmasına kömək edir.
B12 vitamini sinir sisteminin normal fəaliyyətinə kömək edir.
B12 vitamini normal psixoloji fəaliyyətə kömək edir.
B12 vitamini yorğunluq və əzginliyin azalmasına kömək edir.

İSTİFADƏ QAYDALARI VƏ DOZA:
18 yaşdan yuxarı şəxslər: 1 kapsul gündə 1 dəfə. 

ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq, 18 yaşa qədər şəxslər.

Dərman vasitəsi deyildir. Bioloji aktiv qida məhsuludur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BAQM normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Uşaqların əli çatmayan yerdə saxlayın.

SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

YARARLILIQ MÜDDƏTİ:
30 ay.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Şotlandiya                                                                     

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
SIA “Primea”, Latviya.

İSTEHSALÇININ ÜNVANI:
Ventspils iela 48, Riga, LV-1002