pp-logo01pp-logo01pp-logo01pp-logo01
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • MƏHSULLAR
  • ƏLAQƏ

Drumlin


Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Drumlin 15 mq/tab peroral tabletlər

Beynəlxalq patentləşdirilməmiş adı: Meloxicam

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 15 mq Meloksikam vardır.

Köməkçi maddələr:  Lactoza monohydrat (iribuynuzlu süddən alınır), natrium sitrat dihidrat, mikrokristallik sellüloza PH 102, mikrokristallik sellüloza PH 200, povidon K30, krospovidon, aerosil 200, maqnezium stearat.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP), oksikamlar.

ATC kodu: M01AC06

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Meloksikam oksikam qrupundan, iltihabəleyhinə, ağrıkəsici, qızdırmasalıcı xüsusiyyətə malik qeyri-steroid iltihabəleyhinə preparatdır.

İltihabəleyhinə təsiri klassik iltihab modellərində sübut edilmişdir. Meloksikamın təsir mexanizmi iltihab mediatorları olan prostaqlandinlərin sintezini blokadaya almaqdan ibarətdir. In vitro tədqiqatlarda Meloksikamın siklooksigenaza-1 (SOQ-1) fermentinə nisbətən daha çox siklooksigenaza-2 (SOQ-2) fermentini selektiv blokadaya aldığı təsdiq olunmuşdur.

Farmakokinetikası

Absorbsiyası

Peroral qəbulundan Drumlin mədə-bağırsaq traktından yaxşı sorulur.

Paylanması

Drumlin plazma zülalı ilə, xüsusilə də, albuminlə birləşir (99%). Plazmadakı konsentrasiya göstəricisinin təqribən yarısı qədər sinovial mayeyə nüfuz edir.Orta paylanma həcmi azdır (orta hesabla 11 litr). Fərdi xüsusiyyətlərə görə 30-40% arası dəyişə bilər.

Biotransformasiyası

Drumlin çox hissəsi qaraciyər biotransformasiyasına məruz qalır. Sidikdə Drumlin farmakodinamik qeyriaktiv 4 müxtəlif metabolitinə rast gəlinmişdir. Əsas metaboliti olan 5´-karboksimeloksikam (dozanın 60%-i) aralıq metabolit olan 5´-hidroksimetilmeloksikamın oksidləşməsi nəticəsində yaranır. 5´-hidroksimetilmeloksikam özü də az miqdarda ekskresiya olunur (dozanın 9%-i). In vitro tədqiqatlara əsasən metabolik transformasiyada əsas rolu CYP2C9 oynayır, CYP3A4 izofermenti bu prosesdə qismən iştirak edir. Təyin olunan dozanın müvafiq olaraq 16% və 4%-i təşkil edən digər iki metabolit xəstədə peroksidaza fermentinin aktivliyindən asılıdır.

Eliminasiyası

Meloksikam daha çox metabolitlər şəklində, bərabər səviyyədə həm sidik, həm də nəcislə xaric olur. Gündəlik dozanın 5%-dən az hissəsi dəyişilməmiş şəkildə nəcislə xaric olunursa, sidikdə bunun yalnız izlərinə rast gəlmək olur. Orta yarımparçalanma dövrü 20 saatdır. Ümumi plazma klirensi təqribən 8 ml/dəq-dir.

Xəttilik

Drumlin 15 mq terapevtik dozada, peroral təyinat zamanı xətti farmakokinetikaya malikdir.

Xüsusi qrup xəstələr

Qaraciyər/ böyrək çatışmazlığı:

İstər qaraciyər, istərsə də yüngül və orta ağır böyrək çatışmazlığı Drumlin farmakokinetikasına əhəmiyyətli təsir göstərmir.

Yaşlılar

Orta plazma klirensi cavanlara nisbətən yaşlılarda bir qədər aşağıdır.

İstifadəsinə göstərişlər

Oynaqların  revmatoid və degenerativ xəstəliklərinin  gedişi  zamanı  sümük-oynaq və əzələ ağrıları zamanı iltibahəleyhinə və ağrıkəsici dərman kimi istifadə edilir.
Aşağıdakı  revmatoid xəstəliklərin kəskinləşməsi zamanı qısamüddətli müalicədə istifadə edilir:

  • Revmatoid artrit
  • Yuvenil  revmatoid  artrit
  • Ankilozlaşdırıcı  spondiloartrit (Bexterev xəstəliyi)
  • Simptomatik müalicə kimi ağrı və iltihabı azaltmaq məqsədi ilə.

Əks göstərişlər

Aşağıdakı hallarda əks göstərişdir:

  • Hamiləlik;
  • Uşaqlar və 18 yaşdan aşağı yeniyetmələr;
  • Meloksikama və ya tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq, digər QSİƏP-lərə, o cümlədən aspirinə qarşı yüksək həssaslıq. Aspirin və digər QSİƏP-lərin təyinindən sonra astma, burunda polip, angionevrotik ödem və ya övrə əlamətləri meydana çıxmış xəstələrə meloksikam verilməməlidir;
  • Anamnezində QSİƏP-lərlə müalicə ilə bağlı mədə-bağırsaq qanaxması və perforasiyası olanlar;
  • Peptik yaralar/ aktiv qanaxma və ya anamnezdə qanaxmanın təkrarlanması (yara və qanaxmanın iki və daha çox aydın əlaməti varsa);
  • Ağır qaraciyər çatışmazlığı;
  • Ağır böyrək çatışmazlığı;
  • Mədə-bağırsaq qanaxması, anamnezində serebrovaskulyar və ya digər qanaxmaların mövcudluğu;
  • Ağır ürək çatışmazlığında, həmçinin, ürəyin şuntlama əməliyyatı dövründə ağrıların müalicəsi üçün istifadəsi əks göstərişdir.

Xüsusi göstərişlər

Mədə-bağırsaq sistemi

Qeyri-steroid iltihabəleyhinə preparatlarla (QSİƏP) müalicə olunan xəstələrin mədəsində, nazik və yoğun bağırsaqlarında xəbərdarlıq simptomları ilə müşayiət olunan və ya olunmayan iltihab, qanaxma, xoralaşma və perforasiyaya bənzər ağır mədə-bağırsaq zədələnmələri təzahür oluna bilər. Bu səbəbdən, hətta öncədən mədə-bağırsaq traktı tərəfindən şikayətlər olmadıqda həm xəs-tələr, həm də həkimlər xoralaşma və qanaxmanın xəbərdarlıq simptomlarına diqqət yetirməlidir. Xəstələr mədə-bağırsaq zədələnməsinin simptomları və əlamətləri, həmçinin onların təzahür olunduğu halda görüləcək tədbirlər haqda xəbərdar edilməlidir. Xəstənin anamnezində xora xəstəliyi və ya mədə-bağırsaq qanaxmanın rast gəlməsi dəqiq araşdırıldıqdan sonra QSİƏP təyin edilməlidir. Mədə-bağırsaq hadisələrinin ciddi hallarla nəticələnənlərin əksər qismi yaşlı və ya zəifləmiş xəstələrdə müşahidə olunduğuna görə bu xəstə qrupunda müalicənin ehtiyatla və diqqətlə aparılması tövsiyə olunur. Buna müvafiq olaraq, müalicə müddəti uzandıqca mədə-bağırsaq traktında hər an yarana bilən ciddi əlavə təsirlərin rastgəlmə tezliyi də artır. Mədə-bağırsaq traktında müşahidə olunan əlavə təsirlərin potensial riskinin azaldılması üçün dərman vasitəsi xəstələrdə mümkün qədər qısa müddətdə və minimal təsiredici dozalarda istifadə olunmalıdır. Yüksək riski olan xəstələrdə QSİƏP alternativ müalicə üsulları tətbiq olunmalıdır. Mədə-bağırsaq traktında qanaxma yaranmasının digər risk faktorları kortikosteroid və antikoaqulyant vasitələrin qəbulu, uzunmüddətli QSİƏP qəbulu, siqaret çəkmə, alkoqol qəbulu, yuxarı yaş və səhhətin ümumi zəifləməsidir.

Anafilaktoid reaksiyalar

Digər QSİƏP-in qəbulunda olduğu kimi, anafilaktoid reaksiyalar, öncədən Meloksikama bu nisbətdə hər hansı bir meyilliyi məlum olmayan xəstələrdə də müşahidə oluna bilər. “Aspirin triadası” müşahidə olunan xəstələrə Meloksikam təyin edilməməlidir. Bu hallar adətən rinit şikayəti ilə birlikdə burun polipləri olan və ya olmayan astmatik xəstələrdə rast gəlir. Bundan əlavə, rinitdən şikayəti olan və aspirin, ya da digər QSİƏP qəbulundan sonra ölüm ilə nəticələnə bilən bronxospazm yaranan astmatik xəstələr də eyni qrupa daxildir. Anafilaktoid reaksiya yarandıqda xəstəyə təcili tibbi yardım göstərilməlidir.

Dəridə əlavə təsirləri

QSİƏP-lər, o cümlədən dəridə ciddi mənfi reaksiyalara səbəb ola bilər. Belə dəri əlamətlər və simptomlar barədə pasiyentləri məlumatlandırmaq lazımdır, səpgilərin və ya başqa həssaslığın yarandığı ilk vaxtdan preparatın qəbulu dayandırılmalıdır.

Böyrək xəstəliklərinin ağırlaşması

Böyrək xəstəliklərinin ağırlaşması olan xəstələrdə Meloksikam ilə müalicə edilməməsi tövsiyə olunur. QSİƏP-lə müalicənin başlanması zəruri olduqda xəstənin böyrək funksiyasına ciddi nə-zarət olunmalıdır.

Qaraciyər funksiyası

Digər QSİƏP-lərin qəbulu zamanı olduğu kimi, Meloksikamın da qəbulunda qaraciyər fermentlərinin biri və ya bir neçəsinin plazma göstəricilərinin 15%-ə qədər yüksəlməsi baş verə bilər. Qaraciyər xəstəliyinin hər hansı bir əlaməti və ya simptomu, hətta eozinofiliya və ya səpgi kimi sistem əlamətin mövcud olduğu halda Meloksikamın qəbulu dayandırılmalıdır.

Böyrək funksiyası

Əhəmiyyətli dərəcədə susuzlaşma müşahidə olunan xəstələrdə Meloksikam ilə müalicə ehtiyatla aparılmalıdır. Öncədən xəstənin orqanizmində su balansının bərpa olunması və bundan sonra Meloksikam ilə müalicəsinin başlanması tövsiyə olunur. QSİƏP-lərin uzunmüddətli istifadəsi böyrəklərdə papillyar nekroz və böyrək toxumasında digər dəyişikliklərlə nəticələnə bilər. Böyrək toksikliyi həmçinin renal prostaqlandinlərinin böyrəklərdə perfuziyanın saxlanmasında kompensator rol oynayan xəstələrdə müşahidə oluna bilər. Bu xəstələrdə QSİƏP-lərin təyin edilməsi prostaqlandinlərin sintezinin dozadan asılı azalması və ikincili olaraq, böyrəkdə qan dövranının azalmasına gətirib çıxara bilər, bu da təzahür olunmuş böyrək dekompensasiyasının yaranmasında sürətləndirici amil ola bilər. Bu reaksiyaların yaranma riski ən böyük olan xəstə qrupları, böyrək funksiyasının pozulması, ürək çatışmazlığı, qaraciyər disfunksiyası olan və eyni zamanda diuretik və ya AÇF (angiotenzinçevirici ferment) inhibitorları qəbul edən xəstələr, həmçinin yaşlı xəstələrdir. QSİƏP-la müalicənin dayandırılması adətən müalicədən öncəki vəziyyətin bərpa olunması ilə nəticələnir. Bəzi metabolitlər böyrək yolu ilə çıxarılmasına görə ağır böyrək çatışmazlığı olan xəstələrdə böyrək funksiyasına davamlı nəzarət edilməsi tövsiyə olunur.

Orqanizmdə mayenin ləngiməsi və ödem

Meloksikam daxil olmaqla, QSİƏP qəbul edən bəzi xəstələrdə orqanizmdə mayenin ləngiməsi və ödem müşahidə oluna bilər. Bu səbəbdən, digər QSİƏP-lərin qəbulunda olduğu kimi, orqanizmdə mayenin ləngiməsi, hipertenziya və ürək çatışmazlığı olan xəstələrdə Meloksikam ehtiyatla tətbiq olunmalıdır.

Ürək çatışmazlığı və ödem

Bəzi xəstələrdə QSİƏP qəbulu zamanı maye toplanması və ödem müşahidə edilmişdir. Meloksikam maye toplanması, hipertoniya və ya ürək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Qarşılıqlı təsirlər yalnız böyüklər üzərində öyrənilmişdir.

Farmakodinamik qarşılıqlı təsirlər:

Digər QSİƏP-lər və asetilsalisil turşusu (aspirin) >3q/gün: aspirin daxil olmaqla, digər QSİƏP-lərlə birgə, iltihabəleyhinə dozada (birdəfəlik doza >1 q, ümumi sutkalıq doza >3 q) təyini məsləhət görülmür.

Kortikosteroidlər (Qlükokortikoidlər)

Kortikosteroidlərlə birgə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır, qanaxma və ya mədə-bağırsaq ulserasiyası riski artır.

Oral antikoaqulyantların və ya heparinin yaşlılara təyini və ya müalicəvi dozada təyini

Trombositlərin funksiyasının blokadası və mədə-onikibarmaq bağırsağın selikli qişasının zədələnməsi ilə əlaqədar qanaxma riski əhəmiyyətli dərəcədə artır. QSİƏP-lər varfarin kimi antikoaqulyantların effektini artırır. QSİƏP-lərin yaşlılara təyin edilən oral antikoaqulyant və ya heparinlə və yaxud onların müalicəvi dozada təyini zamanı birgə istifadələri məsləhət görülmür. Digər hallarda heparinin istifadəsi zamanı qanaxma riskinin yüksəlməsi ilə əlaqədar ehtiyatlı davranılmalıdır. Əgər birgə istifadələri çox vacibdirsə, BNN-in (beynəlxalq normallaşdırılmış nisbət) yoxlanılması tələb olunur.

Trombolitik və antiaqreqant maddələr

Trombositlərin funksiyasının blokadası və mədə-onikibarmaq bağırsağın selikli qişasının zədələnməsi ilə əlaqədar qanaxma riskinin artması.

Serotoninin geriyə tutulmasının selektiv inhibitoru

Mədə-bağırsaq qanaxmasının artması riski.

Diuretiklər, angiotenzinçevirici fermentin (AÇF) blokatorları və angiotenzin-II-nin antaqonist-ləri

QSİƏP-lər diuretiklərin və digər antihipertonik dərmanların effektini azalda bilər. Zəif böyrək funksiyasına malik xəstələrdə (məs: orqanizmi susuzlaşmış xəstələr və ya zəif böyrək funksiyalı yaşlı xəstələr) AÇF blokatorları, angiotenzin-II antaqonistləri və siklooksigenazanı blokada edən vasitələrlə birgə təyini böyrək funksiyasının daha da pisləşməsinə, sonradan keçib gedə bilən kəskin böyrək çatışmazlığının meydana çıxmasına səbəb ola bilər. Bu səbəbdən belə kombinasiya, xüsusən, yaşlılarda ehtiyatla təyin edilməlidir. Belə xəstələr müvafiq olaraq maye qəbul etməli və müalicəyə başlanan andan etibarən periodik olaraq böyrək funksiyaları yoxlanılmalıdır.

Digər antihipertonik dərmanlar (məs: beta-blokatorlar)

Beta-blokatorların hipotenziv effekti azala bilər (vazodilatator (damargenişləndirici) effektə malik prostaqlandinlərin blokadası səbəbindən).

İmmunomodulyatorlar (kalsinevrinin blokatorları, məs: siklosporin, tacrolimus)

Kalsinevrin inhibitorlarının nefrotoksikliyini, prostaqlandinlər vasitəsilə böyrəyə göstərdiyi təsir nəticəsində artıra bilər. Birgə müalicə zamanı böyrək funksiyaları yoxlanılmalıdır. Xüsusən, yaşlılarda böyrək funksiyaları dəqiq yoxlanılmalıdır.

Uşaqlıqdaxili spirallar

QSİƏP-lərin uşaqlıqdaxili spiralların effektivliyini azaltdığı qeydə alınmışdır, lakin, tam olaraq təsdiq olunmayıb.

Farmakokinetik qarşılıqlı təsirlər:

Meloksikamın digər dərmanların farmakokinetikasına təsiri

Litium

QSİƏP-lərin qanda litiumun səviyyəsini toksik təsir göstərəcək dərəcədə artırdığı qeydə alınmışdır (litiumun böyrək ekskresiyasını azaltmaqla). QSİƏP-lərin litiumla birgə istifadəsi məsləhət görülmür. Əgər bu vacibdirsə, litiumun plazma konsentrasiyası, müalicəyə başlayarkən, dozaya düzəlişlərin edilməsi və meloksikamın istifadəsinin dayandırılması zamanı ölçülməlidir.

Metotreksat

QSİƏP-lər metotreksatın tubulyar sekresiyasını azaltmaqla, plazmadakı konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Bu səbəbdən yüksək dozada metotreksatın (>15 mq/həftə) QSİƏP-lərlə birgə istifadəsi məsləhət deyil. Kiçik dozada metotreksat qəbul edən xəstələrdə, xüsusən, böyrək funksiyasının pozğunluğu varsa, belə qarşılıqlı təsir nəzərə alınmalıdır. Əgər birgə istifadəsi vacibdirsə, qanın formalı elementlərinin sayı və böyrək funksiyası yoxlanılmalıdır. Əgər QSİƏP və metotreksat 3 gün ərzində verilirsə, metotreksatın plazma konsentrasiyasının yüksəlməsi ilə bağlı toksikliyinin artması səbəbindən ehtiyatlı olmaq lazımdır. Baxmayaraq ki, Meloksikamla birgə istifadə zamanı metotreksatın (>15 mq/həftə) farmakokinetikası dəyişməmişdir, nəzərə alınmalıdır ki, QSİƏP-lər metotreksatın hematoloji toksikliyini artıra bilər.

Farmakokinetik qarşılıqlı təsirlər

Digər dərmanların Meloksikamın farmakokinetikasına təsiri

Xolestiramin:

Xolestiramin Meloksikamın enterohepatik sirkulyasiyasına mane olaraq, eliminasiyasını sürət-ləndirir, Meloksikamın klirensi 50% yüksəlir, yarımparçalanma dövrü isə 13±3 saata qədər aza-lır. Bu qarşılıqlı təsir klinik əhəmiyyətlidir. Antasidlər, simetidin və diqoksinlə birgə təyini zamanı dərmanlararası farmakokinetik qarşılıqlı təsir qeydə alınmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik

Hamilələrdə istifadəsinə görə C kateqoriyasına aiddir. Prostaqlandin sintezinin blokadası hami-ləliyə və ya embrionun/rüşeymin inkişafına mənfi təsir göstərə bilər. Epidemioloji tədqiqatlara əsasən, prostaqlandin sintezinin blokatorlarını erkən hamiləlik dövründə qəbul etdikdə uşaqsalma, ürək qüsurlarının və qastroşizis (qarın divarının qüsuru) yaranması riski artır. Ürək-damar sisteminin qüsurlarının yaranma riski 1-1,5% yüksəlmişdir. Belə güman edilir ki, risk doza və müalicə müddətinin artmasından asılı olaraq artır. Hamiləliyin birinci və ikinci trimestrində Meloksikam çox vacib olmadıqda təyin edilməməlidir. Əgər meloksikam hamilə qalmağa çalışan qadın tərəfindən və ya hamiləliyin birinci və ikinci trimestrində istifadə edilirsə, doza və müalicə müddəti mümkün qədər aşağı olmalıdır. Hamiləliyin üçüncü trimestrində prostaqlandin sintezinin blokatorlarının təyini rüşeymə aşağıdakı təsirləri göstərə bilər:

  • kardiopulmonar (ürək-ağciyər) toksikliyi (ductus arteriosus-un vaxtından əvvəl bağlanması və ağciyər hipertoniyası).
  • böyrək disfunksiyası, oliqohidroamniozla müşahidə olunan böyrək çatışmazlığına qədər inkişaf edə bilər.
  • Hamiləliyin sonunda ana və yenidoğulmuş körpəyə təsiri:

qanaxma müddətinin uzanması və hətta ən kiçik dozalarda da antiaqreqant effektin baş verməsi.

uşaqlığın doğuş vaxtının gecikməsi və uzanması ilə nəticələnən yığılma tezliyinin blokadası.Bu səbəblərdən Meloksikam hamiləliyin üçüncü trimestrində əks göstərişdir.

Laktasiya

QSİƏP-lərin ana südünə keçdiyi məlumdur. Bu səbəbdən laktasiya dövründə istifadəsi məsləhət görülmür.

Pediatriyada istifadəsi

18 yaşdan kiçik şəxslərdə təhlükəsizliyi və effektivliyi haqqında kifayət qədər məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Avtomobil və maşın idarəetmə bacarığına təsiri xüsusi olaraq öyrənilməmişdir. Lakin, preparatın farmakodinamik göstəricilərinə və qeydə alınan əlavə təsirlərinə əsasən, Meloksikamın bu xüsusiyyətlərə təsiri yoxdur və ya nəzərəçarpan deyil. Əgər görmə pozulması və ya yuxulama, başgicəllənmə kimi mərkəzi sinir sistemi pozğunluqları müşahidə edilirsə, avtomobil və maşın idarəetmədən çəkinmək məsləhətdir.

İstifadə qaydası və dozası

Tövsiyə edilən doza – sutkada 1 (bir) tabletdir.  Drumlin  qida qəbulu ilə eyni zamanda, üstündən su və ya başqa maye qəbul etməklə qəbul edilməlidir. Müalicə müddəti: həkim məsləhəti olmadan 7 gündən çox qəbul etmək olmaz.

Əlavə təsirləri

Əlavə təsirlərin baş vermə tezliyi aşağıdakı kimi təsnif edilir: Çox tez-tez(≥1/10), tez-tez(≥1/100 – <1/10), bəzən(≥1/1,000 – <1/100), nadir (≥1/10,000 – <1/1,000), çox nadir (<1/10,000); məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirilməsi mümkün deyil).

Qan və limfa sistemində baş verən pozğunluqlar

Bəzən: anemiya;

Nadir: qan tərkibi göstəricilərinin anomaliyası (leykositlərin differensial sayı daxil olmaqla), leykopeniya, trombositopeniya;

Çox nadir hallarda aqranulositoz qeydə alınmışdır.

Sinir sistemində baş verən pozğunluqlar

Tez-tez: başağrısı;

Bəzən: başgicəllənmə, yuxululuq.

Görmə pozğunluqları

Nadir: görmənin dumanlanması daxil olmaqla görmə pozğunluqları, konyunktivit.

Qulaq və qulaq labirintində baş verən pozğunluqlar

Bəzən: başgicəllənmə;

Nadir: tinnit.

Ürək pozğunluğu

Nadir: ürəkdöyünmə;QSİƏP müalicəsi ilə bağlı ürək çatışmazlığı qeydə alınmışdır.

Damar pozğunluğu

Bəzən: qan təzyiqinin yüksəlməsi, üzün qızarması.

Tənəffüs yolları, döş qəfəsi və mediastinal pozğunluqlar

Nadir: QSİƏP-lərlə baş verən “aspirin astması”.

Mədə-bağırsaq pozğunluqları

Çox tez-tez: dispepsiya, ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, qəbizlik, meteorizm, diareya;Bəzən: gizli və makroskopik (görünən) mədə-bağırsaq qanaxması, stomatit, qastrit, gəyirmə;N

adir: kolit, mədə-onikibarmaq bağırsaq xoraları, ezofaqit;

Çox nadir: mədə-bağırsaq perforasiyası;

Mədə-bağırsaq qanaxması, ulserasiyası və ya perforasiyası, xüsusən, yaşlı xəstələrdə bəzən çox ciddi olub, ölümlə nəticələnə bilər.

Hepatobiliar (qaraciyər-öd) pozğunluqlar

Bəzən: qaraciyər funksiyası pozğunluğu (transaminazalar və bilirubinin yüksəlməsi);

Çox nadir: hepatit.

Dəri və dərialtı toxumaların pozğunluqları

Bəzən: angionevrotik ödem, qaşınma, səpgi;

Nadir: Stivens-Conson sindromu, toksik epidermal ekroliz, övrə;

Çox nadir: bullyoz dermatit, multiformalı eritema;

Məlum deyil: Fotohəssaslıq reaksiyası.

Böyrək və sidik sistemi pozğunluqları

Bəzən: su və duz toplanması, hiperkaliemiya, böyrək funksiyası testlərinin anormallığı (zərdab kreatininin və sidik cövhərinin yüksəlməsi);

Çox nadir: Kəskin böyrək çatışmazlığı, xüsusən risk faktoru olan xəstələrdə.

Digər ümumi pozğunluqlarBəzən: ödem, aşağı ətrafların ödemi daxil olmaqla.

GÖZLƏNİLMƏYƏN ƏLAVƏ TƏSİR OLDUQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!

Doza həddinin aşılması

Meloksikamın doza həddinin aşılması təcrübəsi məhduddur. Adətən letargiya, yuxululuq, ürək-bulanma, qusma, qarın nahiyəsində ağrıya bənzər QSİƏP-lərlə doza həddinin kəskin aşılması simptomları dəstəkləyici terapevtik tədbirlərin həyata keçirilməsi zamanı geriyədönən olur. Ağır intoksikasiyalar hipertenziya, kəskin böyrək çatışmazlığı, qaraciyər funksiyasının pozulması, respirator distress sindrom, koma, qıcolmalar, ürək-damar kollapsı və ürəyin dayanması ilə mü-şayiət oluna bilər. Xüsusi antidotu mövcud olmadığına görə dozanın həddinin aşılması zamanı standart ümumi dəstəkləyici tədbirlər və simptomatik müalicənin həyata keçirilməsi tövsiyə olunur. Meloksikam qan zülalları ilə yüksək miqdarda birləşdiyinə görə gücləndirilmiş diurez, sidiyin qələviləşdirilməsi, hemodializ və ya hemoperfuziya kimi tədbirlərin keçirilməsi əhəmiy-yətsizdir. QSİƏP-lərlə bağlı doza həddinin aşılması simptomatik və köməkçi müalicə ilə aradan qaldırılmalıdır.Klinik sınaqlar zamanı müəyyən olunub ki, xolesteraminin 4 q dozada, sutkada 3 dəfə peroral verilməsi Meloksikamın orqanizmdən xaric olmasını sürətləndirir.

Buraxılış forması

10 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Məhsulun və əmtəə nişanının sahibi:

“Prudens Pharma” LP, Şotlandiya.

İstehsalçı

Recordati Ilac San. ve Tic A.S Kapakli / Tekirdag / Türkiyə

  • Aminodens
  • Clinrizol
  • Clivalmin
  • Dens-Vit Forte
  • Denscef
  • Densclar
  • Denskard
  • Denskard-Inj
  • Denslevo
  • Denslevo inf
  • Densvit B
  • Densvit Plus
  • Dodemin
  • Drumlin
  • Dugolin
  • Duprilin Nasal
  • Duprilin Oral
  • Dutalozin
  • Flarentin
  • Fludens
  • Futaron
  • Greyserin
  • Hepadens
  • Kalsidens
  • Lansodens
  • Lazagen-G
  • Lonpasin
  • Markas
  • Nefrodens
  • Nemralin
  • Operazon
  • Pruart Cream
  • Pruart Saşe
  • Prubronchin
  • Prucin Forte
  • Prudefaxim
  • Prudens C 500
  • Prudens D3
  • Prudens Immuno
  • Prudenzim
  • Pruderon
  • Pruderon Tablet
  • Prudex
  • Pruflorin
  • Pruselin
  • Prusun
  • Pruvag
  • Psevdorin
  • Rivastoron
  • Robloxin
  • Sakurat
  • Sakurat Gel
  • Tripsomin
© 2020 - Prudens Pharma