pp-logo01pp-logo01pp-logo01pp-logo01
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • MƏHSULLAR
  • ƏLAQƏ

Denscef


TƏRKİBİ: Seftriakson – 1 q

DENSCEF    250 mq, 500 mq, 1000 mq inyeksiya məhlulu hazırlamaq üçün toz

DENSSEF

Beynəlxalq patentləşdirilməmiş adı: Ceftriaxone

Tərkibi

Təsiredici maddə:1 flakonda 250 mq, 500mq və ya 1000 mq seftriakson tozu vardır.

Həlledici:             lidokain hidroxlorid.

 Təsviri

Denssef ağ və ya sarımtıl-ağ rəngli kristal tozdur.

 Farmakoterapevtik qrupu

III nəsil sefalosporin antibiotiki.

ATC kodu: J01DD04.

 Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Təsir mexanizmi

Seftriakson pensillinbirləşdirici zülallarla (PBPs) birləşərək bakteriya hüceyrəsinin divarının sintezini pozur. Nəticədə hüceyrə divarının (peptidoqlikan qatı) sintezinin pozulması bakteriya hüceyrəsinin lizisinə və ölməsinə səbəb olur.

Rezisentlik

Seftriaksona qarşı rezisentlik bir və ya bir neçə mexanizm üzrə baş verə bilər:

  • Bəzi qrammənfi bakteriyalar tərəfindən sintez edilən geniş təsir spektrinə malik beta-laktamazalar (ESBL), karbapenemaza və tərkibində Amp C fermentləri daşıyan beta-laktamazalar hesabına hidroliz;
  • Pensilinbirləşdirici zülalların seftriaksona qarşı həssaslığının azalması;
  • Qrammənfi mikroorqanizmlərdə xarici membran keciriciliyinin pozulması;
  • Bakterial axın nasosları.

Həssaslıq testləri

Minimal inhibəedici konsentrasiya (MİK), Avropa Antimikrob Həssaslıq Testı Komitəsinin (EUCAST) nəticələri:

 

Patogen Durulaşdırma testi (MİK, mq/l)
Həssaslıq Rezisentlik
Enterobacteriaceae ≤ 1 > 2
Staphylococcus spp. a. a.
Streptococcus spp.

( A, B, C və G qrupu)

b. b.
Streptococcus pneumonia ≤ 0.5c. > 2
Viridans group Streptococci ≤0.5 >0,5
Haemophilus influenza ≤ 0.12c. > 0,12
Moraxella catarrhalis ≤ 1 > 2
Neisseria gonorrhoeae ≤ 0.12 > 0,12
Neisseria meningitides ≤ 0.12 c. > 0,12
Qeyri-spesifik növlər ≤ 1d. > 2
  1. a. Seftriaksona həssaslıq hesabına baş verən həssaslıq.
  2. b. Penisilinə həssaslıq hesabına baş verən həssaslıq.
  3. c. Minimal inhibəedici konsentrasiyadan (MİC ) yuxarı göstərici bəzən baş verə bilər, belə hallarda təkrar laborator müayinə edilməli, əgər təsdiqlənərsə, yenidən təsdiqləmə üçün laborotoriyalara göndərilməlidir
  4. d. Gündəlik venadaxili doza ən azı 1000 mq x 1dəfə və maksimal birdəfəlik venadaxili doza ən azı 2 q x 1 dəfə doza həddi seçilməlidir.

Xüsusi patogenlərə qarşı kliniki effektivliyi

Aşkar olunmuş rezistent ştamların yayılması coğrafi cəhətdən fərqlənə bilər, bu zaman təyin olunmuş ştamlara qarşı mudaxilə zamanı xüsusi ilə ağır infeksiyaların müalicəsi zamanı yerli məlumatlara müraciət edilməlidir. Ehtiyac olduğu hallarda, xüsusilə davamlı ştammlarla rastlaşdıqda seftriaksonun bu ştammlara qarşı effektliyi barədə yerli mütəxəsislərlə məsləhətləşmək lazımdır.

 

Yüksək həssaslığa malik növlər
Qrammüsbət aeroblar

Staphylococcus aureus (metisilinə həssas)£

Staphylococci coagulase-negative (metisilinə həssas )£

Streptococcus pyogenes (qrup A)

Streptococcus agalactiae (qrup B)

Streptococcus pneumoniae

Viridans Group Streptococci

Qrammənfi aeroblar

Borrelia burgdorferi

Haemophilus influenzae

Haemophilus parainfluenzae

Moraxella catarrhalis

Neisseria gonorrhoea

Neisseria meningitidis

Proteus mirabilis

Providencia spp

Treponema pallidum

Təyin olunan rezistent növlər əngəl törədə bilər
Qrammüsbət aeroblar

Staphylococcus epidermidis+

Staphylococcus haemolyticus+

Staphylococcus hominis+

Qarammənfi aeroblar

Citrobacter freundii

Enterobacter aerogenes

Enterobacter cloacae

Escherichia coli%

Klebsiella pneumoniae%

Klebsiella oxytoca%

Morganella morganii

Proteus vulgaris

Serratia marcescens

Anaeroblar

Bacteroides spp.

Fusobacterium spp.

Peptostreptococcus spp.

Clostridium perfringens

Davamlı rezistent mikroorqanizmlər
Qrammüsbət aeroblar

Enterococcus spp.

Listeria monocytogenes

Qrammənfi aeroblar

Acinetobacter baumannii

Pseudomonas aeruginosa

Stenotrophomonas maltophilia

Anaeroblar

Clostridium difficile

Digər

Chlamydia spp.

Chlamydophila spp.

Mycoplasma spp.

Legionella spp.

Ureaplasma urealyticum

£ Bütün metisillinə davamlı stafilokokklar seftriaksona da davamlıdır.

+ Rezisentlik göstəricisi azı bir bölgədə >50%-dir.

ESBL sintez edən ştammlar həmişə davamlıdır.

 Farmakokinetikası

Absorbsiyası

Seftriakson 500 mq və 1000 mq venadaxili istifadə zamanı seftriaksonun plazmada pik nöqtəsi orta hesabla təqribən 120 və 200 mq/l təşkil edir. Seftriakson 500 mq, 1000 mq və 2000 mq venadaxili istifadədən sonra plazmada seftriaksonun səviyyəsi təqribən 80, 150 və 250 mq/l təşkil edir

Əzələdaxili istifadə zamanı seftriaksonun plazmada orta konsentrasiyası venadaxili təyinatdan təqribən 2 dəfə az konsentrasiya təşkil edir. Seftriakson 1000 mq əzələdaxili istifadədən sonra  plazmada maksimal  topladığı konsentrasiya 81 mq/l təşkil edir ki, bu konsentrasiyanı əzələdaxili istifadədən 2-3 saat sonra toplaya bilir.

Əzələdaxili istifadə zamanı plazmada topladığı konsentrasiya, konsentrasiya toplamağa sərf olunan zamandan başqa venadaxili təyinat zamanı plazmada topladığı konsentrasiyaya ekvivalentdir.

Paylanması

Seftriaksonun paylanma həcmi 7 – 12 litr təşkil edir. Minimal inhibəedici konsentrasiya əsasən

ağciyər, ürək, öd yolları, qaraciyər, badamcıqlar, orta qulaq və burun selikli qişası, sümük və serebrospinal sahədə, plevra, prostat və sinovial mayelərdə toplamaqla daxil olmaqla toxumada aşkar edilə bilər. Təkrar təyin zamanı orta maksimal konsentrasiyanın plazmada arması 8-15% (Cmax) təşkil edir; stasionar vəziyyətlərdə istifadə zamanı 48 – 72 saat öz təsirini saxlamış olur,

Nüfuz etməsi

Seftriakson meningial baryeri keçir. Meningit zamanı nüfuz etməsi yüksək həddə çatır. Bakterial meningit zamanı SSM –də topladığı orta maksimal konsentrasiya 25% təşkil edir ki, bu hal meningial qatda infeksiyası olmayan xəstələrdə 2% təşkil edir. Onurğa beyni mayesində konsentrasiyanın pik həddi venadaxili istifadədən 4-6 sonra əldə olunur. Seftriakson plasentar baryeri keçir və ana südündə kiçik konsentrasiya toplayır (bax. “Hamiləlik və laktasiya dövründə istifadəsi”).

Zülallarla birləşməsi

Seftriakson albuminlərlə birləşir. Plazma zülalları ilə birləşməsi 100mq /l plazmada 95% təşkil edir  Plazma zülallarının konsentrsiyasının artdığı hallarda (300mq/l) zülallarla birləşmə faizi aşağı düşə bilər (85 %).

Metabolizmi

Seftriakson sistemli şəkildə metabolizmə uğramır. Lakin bağırsaq mikroflorası tərifindən qeyri-aktiv metabolitlərə çevrilə bilir.

Xaric olması

Seftriaksonun plazma klirensi (birləşmiş və sərbəst) 10-22 ml/ dəq. təşkil edir. Böyrək klirensi 5-12 ml/dəq. təşkil edir. Seftriakson əsasən 50-60% -i yumaqcıq filtrasiyasının hesabına dəyişilməmiş  formada sidiklə, 40-50% -i isə dəyişilməmiş formada öd vasitəsi ilə orqanizmdən xaric olunur. Yarımxaricolma dövrü böyüklərdə 8 saat təşkil edir.

Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi

Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə hətta ağır böyrək çatışmazlığında seftriaksonun farmakokinetikasında kiçik dəyişikliklər baş verir, hansı ki yüksək əhəmmiyyət daşımır (yarımxaricolma dövrü 2 dəfə artır). Böyrək çatışmazlığı zamanı yarımxaricolma dövrünün əhəmiyyətli dərəcədə artması seftriaksonun zülallarla birləşmə faizinin aşağı düşməsi hesabına baş verən kompensator artmadır.

Qaraciyər çatışmazlığı zamanı seftriaksonun yarımxaricolma dövrü artmamasına səbəb kompensator olaraq böyrək klirensinin artmasıdır.

Yaşlı insanlar

75 yaşdan yuxarı insanlarda yarımxaricolma dövrü orta yaşlı insanlardan 2-3 dəfə yuxarıdır.

Uşaqlarda

Yenidoğulmuşlarda seftriaksonun yarımxaricolma dövrü uzanır. Doğulandan 14 günlüyə qədər olan dövrdə sərbəst seftriaksonun artması yumaqcıq filtrasiyasının artması və züllallarla birləşmənin aşağı düşməsi ilə əlaqəlidir. Uşaqlarda yarımxaricolma dövrü böyüklərdən və yenidoğulmuşlardan aşağıdır. Plazma klirensi və seftriaksonun ümumi həcmi yenidoğulmuşlarda, uşaqlarda və yeniyetmələrdə böyüklərdən yüksəkdir.

Xəttilik

Seftriaksonun farmaokinetikası qeyri-xəttidir, yarımxaricolma dövrü istisna olmaqla digər farmakokinetik göstəricilər dozaya mütənasib olaraq, preparatın umumi konsentrasiyasına uyğun artır. Qeyri-xəttilik plazma zülalları ilə birləşmə dərəcəsindən asılı olub birləşmiş seftriakson hesabınadır (sərbəst seftriakson hesabına deyil).

İstifadəsinə göstərişlər

Denssef böyüklər və uşaqlar (yeni doğulmuş körpələr daxil olmaqla) üçün nəzərdə tutulmuş antibiotikdir. Denssef infeksiyaya səbəb olan bakteriyaların öldürülməsini təmin edir. III nəsil sefalosporin qrupu antibiotikdir

Denssef aşağıdakı orqanların infeksiyalarının müalicəsində istifadə olunur:

  • beyin (meningit).
  • ağciyərlər.
  • orta qulaq.
  • qarın və periton (peritonit).
  • sidik yolları və böyrəklər.
  • sümük və oynaqlar.
  • dəri və ya yumşaq toxumalar.
  • qan.
  • ürək.

Bu preparat verilə bilər:

  • Cinsi yolla ötürülən xüsusi infeksiyaların (gonoreya və sifilis) müalicəsində.
  • Bakterial infeksiya səbəbindən qızdırması olan, leykositləri aşağı sayda olan xəstələri (neytropeniya) müalicəsində.
  • Xronik bronxit, böyüklərdə döş qəfəsi orqanlarlarının infeksiyalarını müalicəsində.
  • Böyüklərdə və yeni doğulmuş körpələr daxil olmaqla, 15 gündən yuxarı olan uşaqlarda Laym xəstəliyinin (gənə dişləməsi hesabına baş verir) müalicəsində.
  • Əməliyyat zamanı infeksiyaların qarşısını almaq.

 Əks göstərişlər

Aşağıdakı hallarda Denssef qəbul edilməməlidir:

  • Seftriaksona və ya bu dərmanın digər maddələrindən hər hansı birinə (bax: “Tərkibi”) qarşı allergiyanız olarsa.
  • Penisilin və ya oxşar antibiotiklərə (sefalosporinlər, karbapenemlər və ya monobaktamlar kimi) qarşı ani və ya ciddi allergik reaksiya vermisinizsə. Əlamətlərə nəfəs almağı və udmağı çətinləşdirən boğazın və üzün ani şişməsi, və tez inkişaf etməklə əllərin, ayaqların və topuqların kəskin şişməsi daxildir.
  • Sizin lidokainə qarşı allergiyanız varsa, Denssef istifadə edilə bilməz.

Aşağıdakı hallarda körpələrə Denssef verilməməlidir:

  • Körpə vaxtından əvvəl doğularsa.
  • Körpə yeni doğulmuş olarsa (28 günlük) və müəyyən qan problemləri və sarılıq (dərinin və gözlərin ağlarının saralması) varsa və ya damarına kalsium tərkibli preparat yeridilərsə.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Denssef istifadə etməzdən əvvəl həkiminizlə və ya tibb bacınızla danışın, əgər:

  • Bu yaxınlarda tərkibində kalsium olan preparat istifadə etmisinizsə.
  • Antibiotik dərman istifadə etdikdən sonra bu yaxınlarda sizdə diareya olub Bağırsağınız, xüsusilə kolit (bağırsaq iltihabı) ilə əlaqədar hər hansı bir problem yaşamısınızsa.
  • Qaraciyər və ya böyrək probleminiz varsa.
  • Öd kisənizdə və ya böyrəkdə daş varsa.
  • Hemolitik anemiya (dərinizin solğun sarılıq verən və zəifliyin və nəfəssizliyin yaranmasına səbəb olan qırmızı qan hüceyrələrinizdə azalma) kimi digər xəstəlikləriniz varsa.
  • Siz aşağı tərkibli natrium pəhrizindəsinizsə.

Əgər sizə qan və ya sidik testi lazımdırsa

Uzun müalicə müddətində müntəzəm olaraq qan və ya sidik testlərinə ehtiyacınız ola bilər. Denssef şəkər üçün sidik testlərinin nəticələrinə və Kumbs testi olaraq bilinən qan testinə təsir göstərə bilər. Testlər keçirirsinizsə:

  • Nümunəni alan şəxsə Denssef istifadə etdiyiniz haqda məlumat verin.

Uşaqlar və yeniyetmələr:

Əgər uşağınıza Denssef təyin olunmuşsa, həkiminizi və ya tibb bacısını məlumatlandırın:

Son vaxtlarda uşağa Denssef təyin olunmuşdur və ya vena daxili kalsium tərkibli preparat təyin olunacaqdır.

Denssefin tərkibində natrium var.

1 flakon Denssef 250 mq-ın  tərkibində 0,9 mmol (20,7 mq) natrium vardır. Bu dərman preparatının 1 dozasında 1 mmol-dan az natrium (23 mq) vardır, yəni əsasən ‘natriumsuzdur’.

1 flakon Denssef 500 mq-ın tərkibində 1,8 mmol (41,4 mq) natrium vardır. Bu, natrium pəhrizi saxlayan xəstələrdə nəzərə alınmalıdır.

1 flakon Denssef 1000 mq-ın tərkibində 3,60 mmol (82,8 mq) natrium vardır. Bu, natrium pəhrizi saxlayan xəstələrdə nəzərə alınmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər digər dərman vasitələrini istifadə edirsinizsə, yaxın zamanlarda qəbul etmisinizsə və ya qəbul etmək ehtimalınız varsa həkiminizə və ya əczaçınıza deyin.

Xüsusilə aşağıdakı dərmanlardan hər hansı birini alarkən, həkiminizə və ya əczaçınıza deyin:

  • Aminoqlikozid adlanan antibiotik növü.
  • Xloramfenikol adlı antibiotik (infeksiyaların, xüsusilə də gözlərin müalicəsində istifadə olunur).

Ədəbiyyatlardakı məlumatlara əsasən, seftriaksonu amxrin, vankomisin, flukonazol və aminoqlikozidlərlə qarışdırmaq olmaz. Denssef məhlulu yuxarıda göstərilən həlledicilərdən başqa dərman vasitələri ilə qarışdırılmamalıdır və ya əlavə edilməməlidir. Xüsusilə tərkibində kalsium olan (məsələn Ringer,Hartmann infuziyası) venadaxili infuziyalarla qarışdırıla bilməz. Denssef  ümumi parenteral tətbiq etmə zamanı, tərkibində kalsium olan preparatlarla qarışdırmaq və ya eyni vaxta vermək olmaz

 Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, yaxud hamiləlik planlaşdırırsınızsa, Denssef istifadə etməzdən əvvəl məsləhət almaq üçün həkiminizə müraciət edin. Həkiminiz sizi Densseflə müalicənin Sizin üçün faydasını və südəmər uşağınıza potensial riskini qiymətləndir-məklə  qərar qəbul edəcəkdir.

Nəqliyyat vasitələrini və digər xüsusi diqqət tələb edən mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Denssef başgicəllənməyə səbəb ola bilər. Bu simptomlarla qarşılaşdıqda həkiminizi məlumatlandırın.

İstifadə qaydası və dozası

Denssef yalnız həkim tərəfindən təyin olunur. Denssef damcı (venadaxili infuziya) yolu ilə və ya əzələdaxili inyeksiya şəklində təyin olunur. Denssef həkim,əczaçı və ya tibb bacısı tərəfindən hazırlanır və əzələ daxili və ya venadaxili yeridilir. Denssef tərkibində kalsium olan məhlullarla qarışdırıla bilməz və ya eyni zamanda yeridilə bilməz.

Düzgün dozanın seçilməsi

Həkiminiz sizin üçün Denssef-in düzgün dozasını təyin edəcək. Dozanın seçilməsi asılıdır:

xəstəliyin ağırlığından və törədicinin növündən; hər hansı bir digər antibiotikdən istifadə  etməyinizdən; kütlə və yaşdan; böyrək və qaraciyərinizdə hər hansı bir patologiyanın olub-olmamasından. Denssef-in təyinat müddəti xəstəliyin ağırlığından asılıdır.

50 kiloqramdan yuxarı və ya 50 kiloqrama bərabər bədən kütləsi olan böyüklər, yaşlılar və 12 yaşlı uşaqlar:

  • İnfeksiyanın ağırlığından və növündən asılı olaraq gündə bir dəfə 1000-2000 mq. Əgər ağır infeksiyanız varsa, həkiminiz sizə daha yüksək doza (gündə bir dəfə 4000 mq) təyin edəcəkdir. Sizin gündəlik dozanız 2000 mq-dan yüksəkdirsə, gündə bir dəfə tək doza kimi və ya iki ayrı doza kimi istifadə edə bilərsiniz.

Bədən kütləsi 50 kiloqramdan az olan 15 günlükdən 12 yaşa qədər yenidoğulmuşlar, körpələr və uşaqlar:

  • İnfeksiyanın ağırlığından və növündən asılı olaraq gündə bir dəfə uşağın bədən kütləsinə görə 50 – 80 mq Denssef. Əgər ağır infeksiyanız varsa, həkiminiz gündə bir dəfə maksimum 4000 mq olan bədən kütləsinin hər kiloqramı üçün 100 mq-a qədər yüksək doza verəcəkdir. Əgər gündəlik dozanız 2000 mq –dan yüksəkdirsə, gündə bir dəfə tək doza kimi və ya iki ayrı doza kimi qəbul edə bilərsiniz.
  • 50 kiloqram və ya daha çox bədən kütləsi olan uşaqlara adi yetkinlik dozası verilməlidir.

Yeni doğulmuş körpələr (0-14 gün)

  • İnfeksiyanın ağırlığından və növündən asılı olaraq gündə bir dəfə uşağın bədən kütləsinin hər kq-na görə 50 – 80 mq Denssef.
  • Maksimum gündəlik doza körpənin kütləsinin hər kq-na görə 50 mq-dan çox olmamalıdır.

Qaraciyər və böyrək problemləri olan insanlar

Sizə adi doza üçün fərqli doza verilə bilər. Həkiminiz sizə lazım olan qədər Denssef təyin edəcək və qaraciyərin və böyrək xəstəliyinin ağırlığından asılı olaraq sizi yaxından yoxlayacaq.

Denssefin istifadəsini unutsanız

Siz inyeksiyanın istifadəsini unutsanız, onu tez bir zamanda istifadə etməlisiniz. Lakin, növbəti inyeksiyanın vaxtına az qalarsa, buraxılmış inyeksiyanı istifadə etməyərək, növbəti dozanı vaxtında istifadə edin. Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza (eyni zamanda iki inyeksiya) istifadə etməyin.

Denssefin istifadəsini dayandırsanız

Həkim sizə deməsə, Denssefin istifadəsini dayandırmayın. Bu dərman vasitəsindən istifadə haqqında ətraflı məlumat üçün həkiminizə və ya tibb bacınıza müraciət edin.

Aşağıdakı məlumatlar yalnız tibb və ya səhiyyə işçiləri üçün nəzərdə tutulmuşdur:

Hazırlanmış inyeksiya məhlulu:

Hazırlanmış məhlul muxtəlif həlledicilərlə hazırlanmasından asılı olaraq müxtəlif sıxlıqlı açıq sarımtıl rəngdədir. Hazırlanmış Denssef məhlulunun rənginin müxtəlif intensivliyi dərman məhsulunun effektivliyinin və ya təhlükəsizliyinin dəyişilməsinin göstərcisi deyil. Denssef   hazırlandıqdan dərhal sonra istifadə olunmalıdır.

Əzələdaxili inyeksiya məhlulunun hazırlanması :

Denssef 250 mq: 2 ml 1% -li lidokain hidroxlorid məhlulunda həll edilir. Hazır məhlul dərin əzələdaxili inyeksiya şəklində yeridilir.

Denssef 500 mq: 2 ml 1%- li lidokain hidroxlorid dməhlulunda həll edilir. Hazır məhlul dərin əzələdaxili inyeksiya şəklində yeridilir.

Denssef 1000 mq: 3,5 ml  1% -li lidokain hidroxlorid məhlulunda həll edilir. Hazır məhlul dərin əzələdaxili inyeksiya şəklində yeridilir. 1000 mq-dan böyük dozaları müxtəlif nahiyələrə yeritmək lazımdır.

Hazırlanan məhlul digər dərmanlarla qarışdırılmamalıdır.

Venadaxili inyeksiya məhlulunun hazırlanması:

Denssef 250 mq: 5 ml inyeksiya uçün suda həll edilməklə hazırlanır.

Denssef 500 mq: 5 ml inyeksiya uçün suda həll edilməklə hazırlanır.

Denssef 1000 mq: 10 ml inyeksiya uçün suda həll edilməklə hazırlanır.

Hazırlanan məhlul 5 dəqiqə ərzində birbaşa venaya və ya infuziya borusuna yavaş-yavaş yeridilməklə istifadə edilir.

Yuxarıda göstərildiyi kimi hazırlandıqdan sonra hər 1 ml məhlulun tərkibində 50-100 mq seftriakson olur. Bu məhlulu 10 mq/ml və 40 mq/ml konsentrasiyaya çatdırmaq üçün o, durulaşdırılmalıdır. Durulaşdırma üçün aşağıdakı həlledicilərdən istifadə edilə bilər:

– inyeksiya üçün su;

– 0,9%-li natrium xlorid məhlulu;

– 5%-li qlükoza məhlulu;

– 10%-li qlükoza məhlulu;

– 5%-li qlükoza məhlulu + 0,9%%-li natrium xlorid məhlulu;

– 5%-li qlükoza məhlulu + 0,45 %-li natrium xlorid məhlulu;

Infuziya ən azı 30 dəqiqə ərzində yavaş-yavaş venaya yeridilməlidir.

Hazırlanmış Denssef inyeksiya məhlulu  dərhal  istifadə olunmalıdır.

Əzələdaxili hazırlanmış Denssef məhlulu hipertonik məhluldur. Əgər əzələdaxili yeridilən zaman ağrı müşahidə olunarsa ağrını azaltmaq üçün, tövsiyə olunan həlledici lidokain hidroxloridin (1 – 2% li) məhluludur.

Hazırlanmış Denssef inyeksiya məhlulu  dərhal  istifadə olunmalıdır.

İstifadə qaydası:

Venadaxili təyinat zamanı Denssef ən azı 30 dəqiqə müddətindən  az olmamaq şərti ilə yavaş-yavaş venaya yeridilməlidir (əsasən böyük venalar seçilməlidir) və ya əzələdaxili təyinat zamanı 5 dəqiqə ərzində əzələ daxilinə dərinə yeridilməlidir. 12 yaşa qədər olan uşaqlarda və venadaxili doza 50 mq/kq-dan artıq olduqda vena daxili Denssef məhlulu  infuziya formasında venaya yeridilməlidir. Yenidoğulmuşlarda,potensiyal bilirubin ensefaloptiyası riskini azaltmaq üçün venadaxili infuziya  60 dəqiqə ərzində yeridilməlidir.

Həlledici kimi lidokain hidroxlorid istifadə edildikdə, məhlul heç vaxt venadaxili tətbiq edilməməlidir. Lidokainin içlik vərəqəsində olan xüsusiyyətlərinə baxılmalıdır.

 Əlavə təsirləri

Əlavə  təsirlərin  tezliyi  aşağıdakı  parametrlərlə  təyin  edilir:

çox  tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100);  nadir hallarda

(≥  1/10000 – < 1/1000); çox  nadir  hallarda (< 1/10000); məlum  deyil (əldə  olan  məlumatlara  görə  tezliyi  qiymətləndirmək  mümkün  deyil).

Bütün dərmanlar kimi, bu dərman vasitəsi hər kəsdə olmasa da  əlavə təsirlərə səbəb ola bilər.

Bu dərman aşağıdakı əlavə təsirlərə səbəb ola bilər:

Ağır allergik reaksiyalar (tezlik məlum deyil)

Ağır allergik reaksiya olarsa, dərhal həkimə məlumat verin.

Əlamətlərə daxildir:

  • Boğazın, üzün, dodaqların və ağızın qəflətən şişməsi. Bu, udmağı və ya nəfəs almanı çətinləşdirə bilər.
  • Əllərin, ayaqların və topuqların qəflətən şişməsi.

Ağır dəri səpgiləri (tezlik məlum deyil).

Əgər sizin ağır dəri səpgiləriniz varsa, dərhal həkimə xəbər verin.

  • Əlamətlərə şişkinliklə və ya dərinin soyulması və ağızdakı qabarcıqlar ilə tez inkişaf edən ağır bir səpgi daxildir.

Digər mümkün olan yan təsirlər:

Tez-tez (10 nəfərdən 1 nəfərə qədərində meydana çıxa bilər).

  • Ağ qan hüceyrələri (leykositlərin azalması və eozinofillərin artması kimi) və trombositlər (trombositlərin azalması) ilə anormallıqlar.
  • Duru nəcis və ya diareya.
  • Qaraciyər funksiyaları üçün qan testlərinin nəticələrində dəyişikliklər.
  • Səpgi.

Bəzən (100 nəfərdən 1 nəfərə qədərində meydana çıxa bilər).

Göbələk infeksiyaları.

  • Leykositlərin miqdarının azalması (qranulositopeniya).
  • Eritrositlərin miqdarının azalması (anemiya).
  • Qanın laxtalanmasının artması. Oynaqlarda şişkinlik və ağrı.
  • Başağrısı, başgicəllənmə.
  • Əzginlik.
  • Qaşınma.
  • İnyeksiya yerində (vena və ya əzələ) ağrı.
  • Yüksək temperatur .
  • Böyrəklərın funksiyasının pozulması (qanda kreatinin miqdarının artması).

Nadir (1000 nəfərdən 1 nəfərə qədərində meydana çıxa bilər)

  • Nazık bağırsağın iltihabı (əlamətlər: selikli-qanlı ishal, mədədə ağrı, qızdırma).
  • Tənəffüsün çətinləşməsi (bronxospazm).
  • Bədənin bir çox hissəsini əhatə edə biləcək şişkinlik və qaşınma hissi yarada bilən iri səpgilər.
  • Sidikdə qanın və şəkərin izləri.
  • Ödem.
  • Titrətmə.

Məlum deyil (tezlik məlum deyil).

Əvvəlcədən təyin edilmiş antibiotikə tabe olmayan ikinci bir infeksiya.

  • Eritrositlərin parçalanmasının artması (hemolitik anemiya). Leykositlərin sürətli azalması (aqranulositoz).
  • qıcolmalar.
  • başgicəllənmə.
  • mədəaltı vəzin iltihabı (pankreatit). Əlamətləri: mədədə ağır ağrılar.
  • Ağızın selikli qışasınınn iltihabı (stomatit).
  • Dilin iltihabı (qlossit). Əlamətlər: dildə şişkinlik, qırmızılığın artması və ağrı.
  • Öd kisəsində və öd axacağında agrı ilə müşahidə olunan funksiya pozulması.
  • Yenidoğulmuşlarda ağır sarılıqla müşahidə olunan nevroloji vəziyyət.
  • Seftriaksonun böyrəklərdə kalsiumun çökməsinə səbəb olduğu böyrək problemləri (sidiyə getmə zamanı ağrının olması və ya sıdiyin azalması).
  • Kumbs testində (qanda antiqlobulinlərin təyini) yanlış müsbət nəticə.
  • Qalaktozemiyanın yoxlanıması zamanı saxta müsbət nəticənin qeydə alınması.
  • Qanda şəkərin təyini zamanı qeyri düzgün nəticənin alınması.

Hər hansı bir əlavə təsir müşahidə etdiyiniz halda həkiminizlə, əczaçınızla və ya tibb bacısı ilə əlaqə saxlayın. Çünki bu içlik vərəqəsində göstərilməyən hər hansı əlavə təsirlər müşahidə oluna bilər.

Doza həddinin aşılması

Yanlışlıqla həddindən artıq doza istifadə etsəniz, dərhal həkiminizə və ya ən yaxın xəstəxanaya müraciət edin.

Buraxılış forması

Denssef 250 mq

İnyeksiya/infuziya üçün məhlul hazırlamaq üçün toz, alüminium qapaqla örtülmüş, rezin tıxacla bağlanmış, polipropilen qapaqla örtülmüş, rəngsiz şüşə flakonda. 2 ml həlledici (lidokain hidroxlorid 10 mq/ml), ampulda. 1 flakon və 1 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Denssef 500 mq

İnyeksiya/infuziya üçün məhlul hazırlamaq üçün toz, alüminium qapaqla örtülmüş, rezin tıxacla bağlanmış, polipropilen qapaqla örtülmüş, rəngsiz şüşə flakonda. 2 ml həlledici (lidokain hidroxlorid 10 mq/ml), ampulda. 1 flakon və 1 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Denssef 1000 mq

İnyeksiya/infuziya üçün məhlul hazırlamaq üçün toz, alüminium qapaqla örtülmüş, rezin tıxacla bağlanmış, polipropilen qapaqla örtülmüş, rəngsiz şüşə flakonda. 3,5 ml həlledici (lidokain hidroxlorid 10 mq/ml), ampulda. 1 flakon və 1 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС –dən yüksək olmayan temperaturda, işıqdan  qorunan  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Antibiotice SA.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:

PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland.

  • Aminodens
  • Clinrizol
  • Clivalmin
  • Dens-Vit Forte
  • Denscef
  • Densclar
  • Denskard
  • Denskard-Inj
  • Denslevo
  • Denslevo inf
  • Densvit B
  • Densvit Plus
  • Dodemin
  • Drumlin
  • Dugolin
  • Duprilin Nasal
  • Duprilin Oral
  • Dutalozin
  • Flarentin
  • Fludens
  • Futaron
  • Greyserin
  • Hepadens
  • Kalsidens
  • Lansodens
  • Lazagen-G
  • Lonpasin
  • Markas
  • Nefrodens
  • Nemralin
  • Operazon
  • Pruart Cream
  • Pruart Saşe
  • Prubronchin
  • Prucin Forte
  • Prudefaxim
  • Prudens C 500
  • Prudens D3
  • Prudens Immuno
  • Prudenzim
  • Pruderon
  • Pruderon Tablet
  • Prudex
  • Pruflorin
  • Pruselin
  • Prusun
  • Pruvag
  • Psevdorin
  • Rivastoron
  • Robloxin
  • Sakurat
  • Sakurat Gel
  • Tripsomin
© 2020 - Prudens Pharma