TƏRKİBİ: 1 tablet
Mərcanı 1,7% proantosianidinlər – 178 mq
Mərcanı quru ekstraktı 30% PAS-A – 3,3 mq
Ayıqulağı yarpağının quru ekstraktı 10% arbutin – 300 mq
Cəfəri yarpağının quru ekstraktı – 100 mq
İtburnu meyvəsinin quru ekstraktı 70% vitamin C – 86 mq
Adaçayı yarpağının quru ekstraktı – 50 mq
XÜSUSİYYƏTLƏRİ:
İtburnu meyvəsi- bir çox vacib vitamin və minerallarla zəngindir. Belə ki, itburnu tərkibində C vitamininin miqdarına görə birinci yeri tutur. Həmçinin itburnu ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır – arterial təzyiqi normallaşdırır, damarları təmizləyir. İtburnu sidikqovucu və iltihabəleyhinə təsirə malikdir. Bu isə itburnunun sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə kimi istifadə etməyə imkan verir. Həmçinin zəngin vitamin mineral kompleksi sayəsində sidikqovucuların təyini fonunda yaranan vitamin mineral itkisini bərpa edir. İtburnu meyvəsinin tərkibindəki aktiv komponentlər böyrək daşlarını parçalayır, qum halına salaraq orqanizmdən xaric olunmasını təmin edir.
Cəfəri ekstraktı – tərkibində apigenin, karotin, luteolin maddələri ilə zəngindir. Virus və bakteriyaların artıb-çoxalmasının qarşısını alaraq böyrək kanalcıqlarının zədələnməsinin qarşısını alaraq – pielonefritin müalicəsində effektivliyi artırır. Luteolin bioflavonoidi antioksidant təsir göstərərək orqanizmi sərbəst radikalların zədələyici təsirindən qoruyur. Həmçinin cəfəri bitkisi diuretik təsir göstərərək duzların və toksinlərin orqanizmdən xaric olunmasını təmin edərək, hüceyrəarası sahədə mayenin həcmini azaldaraq ödemləri aradan qaldırır.
Mərcanı ekstraktı – üzvi turşular, pektin, flavonoidlər, antosianinlər, vitamin C, kalium və dəmirlə zəngindir. Mərcanı stafilokok, streptokok, bağırsaq çopü və proteylərə qarşı güclü antibakterial təsirlərə malikdir. Mərcanının antifunqal təsiri də müşahidə olunur. Bundan əlavə mərcanı pielonefrit və ginekoloji iltihabi xəstəliklərin müalicəsində antibakterial preparatların təsirini gücləndirmə xüsusiyyətinə malikdir. Mərcanı bakteriyaların sidik-cinsiyyət sisteminin selikli qişasına yapışmasının qarşısını alaraq onların selikli qişaya nüfuz edib yaşaması və koloniyalar yaratmasını mümkünsüz edir.
Adaçayı ekstraktı – ursol turşusu ilə zəngin olduğundan güclü uroseptik təsir göstərməklə yanaşı böyrəklərdə daşəmələgəlmə prosesinin də qarşısını almış olur. Adaçayının bu xüsusiyyəti hesabına sidik yollarının infeksion xəstəliklərinin və sidik daşı xəstəliklərinin müalicəsində yüksək kliniki nəticələrin əldə edilməsi imkanını yaradır.
Ayıqulağı ekstraktı – Ayıqulağı yarpağının tərkibi flavonoidlər, üzvü turşular (alma, qarışqa) və qlikozidlərlə (arbutin, metilarbutin) zəngindir. Ayıqulağı iltihab əleyhinə, antimikrob və sidikqovucu təsirlərə malikdir. Tərkibindəki arbutin və metilarbutin qlikozidlərinin arbutaza fermentinin təsiri ilə parçalanmasından əmələ gələn hidroxinon güclü antimikrob və antibakterial təsirin yaranmasına səbəb olur və hidroxinon böyrəklərdən süzülərkən yerli qıcıqlandırıcı təsir göstərərək böyrəklərin filtrasiyasını sürətləndirir və sidikqovucu effekt verir.
İstifadəsinə tövsiyələr:
Əlavə təsirləri: Nadir hallarda allergik reaksiyalar, halsızlıq, dispeptik hallar.
Əks göstərişlər: Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq
İstifadə qaydası və doza: Gün ərzində 1 tablet 2 dəfə.
Buraxılış forması: Tablet №30
Məhsulun və əmtəə nişaninin sahibi: PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland