TƏRKİBİ:
Xolin bitartrat – 200 mq
Artişok yarpağının q.e. – 200 mq
Boymadərən otunun yerüstü hissəsinin sulu-quru ekst. – 100 mq
L-metionin – 50 mq
XÜSUSİYYƏTLƏRİ:
Xolin bitartrat (vitamin B4) – B qrupu vitaminlərinə bənzər özəlliyə sahibdir. Orqanizmdə xolin, fosfolipid fosfatidilxolin, lizofosfatidilxolin, sfinqomielin maddələrinin biosintezi üçün ilk maddə sayılır, bu maddələr də öz növbəsində hüceyrə membranının tamlığının qorunmasında və hüceyrə siqnallarının ötürülməsində vacib rol oynayır. Qaraciyər hüceyrələrinin fəaliyyətini artıraraq, qaraciyərin funksiyasını yaxşılaşdırır və lipid mübadiləsini normallaşdırır. Orqanizmdə yağların parçalanması prosesini sürətləndirir, xolesterinin səviyyəsini aşağı salır, sinirlərin mielin qişalarını bərpa edir. Xolin beyin üçün lazım olan bir çox funksiyaların yerinə yetirilməsində vacib rol oynayır, zehni yaxşılaşdırır, diqqəti nizamlayır və s.
Artişok –ödqovucu, hepatoprotektiv və sidikqovucu təsirlərə malikdir. Eyni zamanda qan plazmasında sidik turşusunun miqdarını azaldır. Preparat hepatositlərdə koenzimlərin sintezini aktivləşdirir ki, bunun da nəticəsində lipid və xolesterin mübadiləsi yaxşılaşır, həmçinin, keton cisimciklərinin metabolizmi sürətlənir. Antibiotikoterapiya zamanı qaraciyər və böyrək parenximasına dezintoksikasiyaedici təsir göstərir. Preparat orqanizmin toksinlərdən, azot birləşmələrindən və ağır metal duzlarından təmizlənməsini təmin edir.
Adi boymadərən otu – tərkibində A, C və K vitaminləri, eləcə də karotin, tanninlər, flavonoidlər, axillein və efir birləşmələri var. Boymadərən otu ağrını və iltihabı aradan qaldırmağa, xora və ya kolit xəstəliklərində yaranın sağalmasını tezləşdirir, iltihabi xəstəliklərdə patogen mikroorqanizmləri məhv edir. Bu bitki insan orqanizmini toksinlərdən və tullantılardan təmizləyir, təzyiqi azaldır, venoz qan dövranını normallaşdırır, miokardın fəaliyyətini yaxşılaşdırır, baş ağrısını aradan qaldırır və sinir sisteminə sakitləşdirici təsir göstərir. Adi boymadərən sistit, yuxusuzluq, yanıq və sıyrıqlar zamanı da effekt göstərir. Qədim zamanlarda boymadərən otundan ağciyər, mədə-bağırsaq, babasil və burun qanaxmalarını dayandırmaq üçün istifadə edirdilər.
L-metionin – azot balansını tənzimləyir. Tərkibində mütəhərrik metil qrupu olduğundan metilləşmə proseslərində iştirak edir, xolinin sintezini artırır, fosfolipidlərin sintezində iştirak edir. Qaraciyərdə neytral yağların toplanmasının qarşısını alır, piy infiltrasiyasını məhdudlaşdırır.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
Əks göstərişləri: Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
Əlavə təsirləri: Nadir hallarda dəri reaksiyaları.
İSTİFADƏ QAYDASI VƏ DOZA: 14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 tablet gündə 1 dəfə.
BURAXILIŞ FORMASI: HEPADENS N30 tablet
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland