TƏRKİBİ:
L-karnitin – 500 mq
Ağ söyüd qabığının q.e. – 300 mq
Koenzim Q10 – 30 mq
Sofora qönçələrinin ekst. – 20 mq
XÜSUSİYYƏTLƏRİ: L-karnitin – insan orqanizmində lizin və metionindən sintez olunur. L-karnitin ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə yağların metabolizmində iştirak edir, fiziki dözümlülüyü və aktivliyi artırır. Orqanizmdə l-karnitin qaraciyərdə və böyrəklərdə sintez olunur, digər orqan və toxumalara daşınır. L-karnitin uzun zəncirli yağ turşularını mitoxondrial matriksə daşıyır, burda onların parçalanmasını və asetil-KoA-nın qlükoneogenez prosesində piruvatkarboksilazanın iştirakını artırır. L-karnitin keton cisimciklərinin əmələ gəlməsini, xolin və onun efirlərinin sintezini, oksidləşdirici fosforlaşmanı və enerji ayrılmasını, ATF sintezini sürətləndirir. L-karnitin rəqabətə girərək, qlükozanı sıxışdırır və yağ turşularının oksigendən asılı olmayan metabolizminə yol açır, buna görə də beyinin hipoksiyasında və digər kritik vəziyyətlərdə effektivdir. Həzm şirələrinin sekresiyasını və fermentativ fəallığını artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır, artıq bədən çəkisini azaldır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır. Qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, zədələnmiş sinir toxumasını bərpa edir.
Ağ söyüd qabığının ekstraktı – təbii aspirin də adlandırılır, qanın yapışqanlığını azaldır, ürək-damar sisteminin fəaliyyətini tənzimləyərək, arterial təzyiqi normallaşdırmağa kömək edir. Tər vəzlərinin funksiyasını normallaşdıraraq toksinlərin tərlə xaric olunmasına kömək edir.
Koenzim Q10 – Q10 ubixinonun kofermentidir. Orqanizmin bütün hüceyrələrinin mitoxondrilərində olur. İnsan orqanizmində yalnız 10 izopren zəncirli ubixinona rast gəlinir. Enerji mübadiləsini sürətləndirir. Hüceyrələri sərbəst radikallardan qoruyur, immuniteti artırır. Antioksidant, antiaterosklerotik təsirə malikdir. Qanın lipid tərkibini və reoloji xüsusiyyətlərini normallaşdırır. Miokardın yığılma qabiliyyətini yaxşılaşdırır, miokardın qanla təchizatını artırır. Antiaritmik, hipotenziv, immunomodulyator, hepatoprotektor təsir göstərir. Qanda qlükozanın səviyyəsini normallaşdırır.
Kversetin – antioksidant, kapillyaroprotektiv, dezintoksikasyon, ödeməleyhinə, regenerasiyanı artıran bioflavonoid olub kapillyarların işini aktivləşdirir, qan-damar divarlarını möhkəmləndirir. Bütün orqanizmdə qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Miokardın qan təchizatını yaxşılaşdırır və işemiyaya uğramış sahələri bərpa edir. Kversetin güclü antioksidant effektə malikdir, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur, hüceyrələrin vaxtından qabaq qocalması prosesini tormozlayır.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
Əks göstərişləri: Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
Əlavə təsirləri: Nadir hallarda allergik reaksiyalar, qusma və ürəkbulanma.
İSTİFADƏ QAYDASI VƏ DOZA: 18 yaşdan yuxarı 1 tablet gün ərzində 1 dəfə.
BURAXILIŞ FORMASI: № 30 tablet.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland